Akademik: 2019-cu ilin "Nəsimi ili" elan edilməsi nəsimişünaslığın inkişafına böyük təkan verəcək


Digərləri 12 Yan 2019 09:35:00 62 0

Akademik: 2019-cu ilin "Nəsimi ili" elan edilməsi nəsimişünaslığın inkişafına böyük təkan verəcək

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir.

Bu xəbəri də oxu: İnsanları cana yığan köp

Bakı. İlhamə İsabalayeva - Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir. Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə münasibət bildirərkən deyib. Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir, ilk öncə ona görə ki, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək və UNESCO çərçivəsində də bu il Nəsimi ili elan edilir: "Bizim üçün 2019-cu ilin Nəsimi ili elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanı idi. Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır. Düşünürəm ki, möhtərəm Prezidentimiz tərəfindən 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq". Akademik qeyd edib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək: "Bir də əlavə etmək istərdim ki, bu kimi qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
ABŞda ticarət mərkəzində atışma  VİDEO like
  • 12 Yan 09:32  
Dünya ABŞda ticarət mərkəzində atışma VİDEO

Amerikanın Nyu-Cersi ştatının ticarət mərkəzlərindən birində atışma

arrow Ətraflı
Yaxın Şərqdə yeni strateji oyunlar: like
  • 12 Yan 09:27  
Siyasət Yaxın Şərqdə yeni strateji oyunlar:

Ekspertlər Suriya probleminin həllində vacib bir mərhələnin başladığı

arrow Ətraflı
Bu gün ölkə ərazisində hava buludlu, amma yağmursuz keçəcək like
  • 12 Yan 09:20  
Digərləri Bu gün ölkə ərazisində hava buludlu, amma yağmursuz keçəcək

Bu gün ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi proqnozlaşd

arrow Ətraflı
Mexikoda bir sutkalıq "benzin" növbəsi... like
  • 12 Yan 09:16  
Dünya Mexikoda bir sutkalıq "benzin" növbəsi...

Onlarla sürücü Mexikoda benzin doldurmaq üçün bir sutkadır növbədə gö

arrow Ətraflı
Bakıda "Hyundai" yandı like
  • 12 Yan 09:10  
Digərləri Bakıda "Hyundai" yandı

Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı minik avtomob

arrow Ətraflı
Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq like
  • 12 Yan 09:05  
Digərləri Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq

Azərbaycanda yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq.

arrow Ətraflı
Redmi Note 7 təqdim olundu like
  • 12 Yan 08:59  
Digərləri Redmi Note 7 təqdim olundu

"Xiaomi" şirkəti "Redmi Note 7" adlı yeni smartfonunu tə

arrow Ətraflı
Gürcüstanda cinayətkarlıq 58 faiz artıb like
  • 12 Yan 08:58  
Dünya Gürcüstanda cinayətkarlıq 58 faiz artıb

Gürcüstanda 2018-ci ilin 11 ayında qeydə alınmış cinayətlərin sayı əv

arrow Ətraflı
İlk kommersiya kvant kompüteri təqdim olundu  VİDEO like
  • 12 Yan 08:55  
Digərləri İlk kommersiya kvant kompüteri təqdim olundu VİDEO

"IBM" şirkəti yanvarın 8-11-də Las-Veqasda keçirilən "CES 2

arrow Ətraflı
"Bu, cəhalətə qarşı “ənəlhəqq” deyən insanın möhtəşəm üsyanı idi" like
  • 12 Yan 08:53  
Digərləri "Bu, cəhalətə qarşı “ənəlhəqq” deyən insanın möhtəşəm üsyanı idi"

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi İli

arrow Ətraflı
Terabaytlıq SD yaddaş kartı təqdim edildi like
  • 12 Yan 08:51  
Digərləri Terabaytlıq SD yaddaş kartı təqdim edildi

"Lexar" şirkəti ilk 1 TB-lıq "SD" yaddaş kartını təqd

arrow Ətraflı
Rusiyada yük qatarı relsdən çıxıb like
  • 12 Yan 08:50  
Dünya Rusiyada yük qatarı relsdən çıxıb

Rusiyanın İrkutsk vilayətində kömür dolu yük qatarı relsdən çıxıb.

arrow Ətraflı
Mərkəzi Bank depozit hərracı keçirəcək like
  • 12 Yan 08:48  
Digərləri Mərkəzi Bank depozit hərracı keçirəcək

Yanvarın 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən v

arrow Ətraflı
Yeni iPhone modellərinin istehsalını azalacaq like
  • 12 Yan 08:46  
Digərləri Yeni iPhone modellərinin istehsalını azalacaq

"Apple" şirkəti 2019-cu ilin birinci rübündə yeni "iPhone&qu

arrow Ətraflı
Koçaryan həbsxanadan çıxmaya bilər like
  • 12 Yan 08:43  
Dünya Koçaryan həbsxanadan çıxmaya bilər

Ermənistanın sabiq prezidenti Robert Koçaryan daha iki ay həbsxanada qala bi

arrow Ətraflı