İlk kommersiya kvant kompüteri təqdim olundu VİDEO


Digərləri 12 Yan 2019 08:55:00 309 0

İlk kommersiya kvant kompüteri təqdim olundu  VİDEO

"IBM" şirkəti yanvarın 8-11-də Las-Veqasda keçirilən "CES 2019" istehlak elektronikası sərgisində ilk kommersiya kvant kompüterini nümayiş etdirib. İyirmi kubitlik "IBM Q System One" sistemi özündə kvant və klassik hesablama komponentlərini birləşdirir.

Son.az ICTnews-a istinadən bildirir ki, böyük ölçüyə malik "IBM Q System One" laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Şirkət nümayəndələrinin sözlərinə görə, kompüter kvant hesablamalarının kommersiya istifadəsinə verilməsi istiqamətində böyük addımdır.

Məlumata görə, sistemin xarici görünüşü üzərində məşhur dizaynerlər çalışıb. İstehsalçı nümayəndələrinin fikrincə, bu, əsl sənət əsəridir. "IBM Q" tərəfləri 3 metr təşkil edən hava keçirməz kub şəklindədir. Hər şey fantastik film dekorasiyasını xatırladır.

"IBM Q System One" kvant kompüterinin satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir. Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.