Koçaryan həbsxanadan çıxmaya bilər


Dünya 12 Yan 2019 08:43:00 185 0

Koçaryan həbsxanadan çıxmaya bilər

Ermənistanın sabiq prezidenti Robert Koçaryan daha iki ay həbsxanada qala bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib.

O qeyd edib ki, Ermənistan İstintaq Komitəsi R. Koçaryanın həbs müddətinin daha iki ay uzadılması üçün məhkəməyə müraciət edib.