İsrail HƏMASı vurdu


Dünya 12 Yan 2019 08:30:00 268 0

İsrail HƏMASı vurdu

İsrail ordusu cümə günü sərhəddə iğtişaşlara cavab olaraq Qəzza zolağında HƏMAS-ın obyektlərinə iki zərbə endirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, havadan edilən ilk hücum, HƏMAS-ın anklavın şimalındakı müşahidə məntəqəsi olub.

Bundan bir neçə saat əvvəl Qəzza zolağı ilə sərhəddə "Qayıdış marşı"nın 42-ci mərhələsi keçirilib. İlkin məlumatlara görə, qarşıdurmalarda 13 minə yaxın insan iştirak edib.