Neyroşəbəkə özünü məşhur ifaçılara bənzədir


Digərləri 12 Yan 2019 08:35:00 217 0

Neyroşəbəkə özünü məşhur ifaçılara bənzədir

Kanadanın Vaterloo Universitetinin tədqiqatçıları müəyyən musiqi ifaçılarının üslubuna uyğun olan mahnı mətnlərinin yaradılması üçün alqoritm hazırlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, mətnin generatorları üzərində çalışan tədqiqat qrupu müəyyənləşdirib ki, neyron şəbəkələr təsir bağışlayan poetik mətnləri yarada bilərlər. Bu məqsədlə alimlər qurğunun özünü konkret musiqi ifaçılarının lirik üslubuna bənzətməsini yoxlamaq qərarına gəliblər. Alqoritm variasiyalı avtomatik enkoder (VAE) adlanan neyron şəbəkə modelinə əsaslanır. Həqiqi mahnıların mətnindən istifadə edən mütəxəssislər modeli bir-biri ilə şeir misraları ilə bağlı olan orijinal mahnıları generasiya etməyi öyrədiblər.