Googledakı problemin səbəbi nə idi?


Digərləri 12 Yan 2019 08:25:00 223 0

Googledakı problemin səbəbi nə idi?

Bütün dünyada populyar olan "Google" axtarış sisteminin fəaliyyətində qlobal nasazlıq yaranıb. Bir sıra ölkələrin istifadəçiləri sistemdən istifadə etmək istəyərkən ciddi problemlərlə üzləşiblər.

Son.az ICTnews-a istinadən bildirir ki, "Downdetector" saytının (resurs müxtəlif internet xidmətlərindən istifadəni izləyir) məlumatına görə, "Google" sistemi yanvarın 10-da Bakı vaxtı ilə saat 03:37-ə olan vəziyyətə görə işləməyib.  

Məsələn, "Google" serverlərindən istifadə ilə bağlı problemlərlə ABŞ, Böyük Britaniya, Yaponiya, Avstraliya, Rusiya, Hindistan, Braziliya, Türkiyə, İspaniya, Peru, eləcə də bir sıra digər ölkələrin internet istifadəçiləri üzləşiblər.