Yeni miniatür noutbuk rekord az çəkisi ilə seçilir


Digərləri 12 Yan 2019 08:11:00 196 0

Yeni miniatür noutbuk rekord az çəkisi ilə seçilir

"GPD" şirkəti "CES 2019" istehlak elektronikası sərgisində "Micro PC" adlı miniatür noutbuk təqdim edib. Yeni qurğunun əsas xüsusiyyətləri kimi sensor panel, rekord az çəki və çoxlu interfeys çıxışlarının olması qeyd edilir.

Son.az ICTnews-a istinadən bildirir ki, noutbuk şirkətin əvvəlki qurğuları ilə müqayisədə daha miniatür alınıb. Kiçik ölçülərə baxmayaraq istehsalçı qurğunu klaviaturada yerləşən sensor panellə təchiz edib.

Əsasını dördnüvəli "Intel Celeron N4100" prosessorunun təşkil etdiyi yeni qurğunun operativ yaddaş tutumu 4, quraşdırılmış yaddaşı isə 128 giqabayta bərabərdir.

Noutbukun korpusunda iki "USB Type-A", enerjinin doldurulması üçün bir "USB Type-C" çıxışı, eləcə də "HDMI", "RS-232" və "Ethernet" portları quraşdırılıb. Əlavə olaraq soyutma sistemi ventilyatoru üçün fiziki dəyişdirici açar nəzərdə tutulub.