Süni intellektli oyun noutbuku hazırlandı


Digərləri 12 Yan 2019 08:05:00 199 0

Süni intellektli oyun noutbuku hazırlandı

"Gigabyte" şirkəti məhsuldarlığı artırılan və süni intellekt texnologiyası ilə təchiz edilən yenilənmiş "Aero 15" oyun noutbukunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, süni intellektə yaxın "ağıllı" alqoritmlər sayəsində "Aero 15" noutbuku məhsuldarlıq və enerji sərfiyyatı arasında optimal balansı müstəqil şəkildə müəyyənləşdirə bilir.

"Microsoft Azure AI" paketi əsasında tətbiq edilən xüsusi proqram təminatı noutbukun istifadə olunduğu senariləri analiz edərək mərkəzi prosessor və qrafik altsistemin məhsuldarlığının quraşdırılmasını müəyyənləşdirir. Nəticədə istifadəçi konkret olaraq onun işinə uyğun seçilən məhsuldarlıqla təmin edilir", - "Gigabyte" nümayəndələri bildirib.