Taksi sürücüsü 5 minə yaxın ABŞ dollarını turistə qaytarıb


Digərləri 12 Yan 2019 07:35:00 220 0

Taksi sürücüsü 5 minə yaxın ABŞ dollarını turistə qaytarıb

Tailandda taksi sürücüsü yaponiyalı turistə içində 5 min ABŞ dollarına yaxın olan pul kisəsini qaytarıb.

Son.az Trend-ə istinadən bildirir ki, turist kisəsini Banqkokda taksi avtomobilində unudub.

Sürücünün sözlərinə görə, turistin maşında unutduğu pul kisəsini ondan sonra taksiyə oturan qadın aşkar edib. Taksi sürücüsünün onu dərhal turistə qaytarmaq cəhdinə baxmayaraq, o, buna nail ola bilməyib. Yalnız yerli radiostansiyaların birinə müraciət etdikdən sonra, sürücü kisəni sahibinə qaytara bilib.