Nazir: Sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb


Digərləri 12 Yan 2019 00:24:08 71 0

Nazir: Sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb

Sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb.

Bakı. Sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib. Nazir qeyd edib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım təmin olunur, çoxşaxəli sosial proqramlar reallaşdırılır, sosial müdafiə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur. Cənab Prezident, pensiya, ünvanlı yardım, əlillik və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron sistemlərin tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında qoyduğunuz əsas vəzifələrdir. Bu vəzifələrə uyğun olaraq, sosial müdafiə sisteminin inkişafına və mənfi halların aradan qaldırılmasına xidmət edən geniş islahatlar paketi hazırlanıb və Sizin dəstəyinizlə icra olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Sizin 2018-ci il 9 avqust və 10 dekabr tarixli fərmanlarınıza əsasən “DOST” layihəsinin hüquqi və institusional işləri artıq başa çatıb". S.Babayev bildirib ki, “DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcək: "Tezliklə Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılması, cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur. Eyni zamanda, elektron xidmətlərin genişləndirilməsi məqsədilə Sizin tapşırıqlarınızın və 2018-ci il 5 sentyabr tarixli Fərmanınızın icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılıb. “E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflığı və ictimai açıqlığı təmin edib". O vurğulayıb ki, yanvar ayında istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcək: "Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edəcəklər". Nazir əlavə edib ki, pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb: "Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir. İslahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır. Bu mühüm sosial təşəbbüs vətəndaşlarımıza Sizin qayğınızın növbəti təzahürüdür və cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaqdır. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaqdır. Möhtərəm cənab Prezident, hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub".
Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun like
  • 12 Yan 00:01  
Digərləri Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
33 yaşlı kişi sirkə turşusundan zəhərlənib like
  • 11 Yan 23:58  
Digərləri 33 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub.

arrow Ətraflı
Qanı duruldan vasitələr like
  • 11 Yan 23:57  
Digərləri Qanı duruldan vasitələr

Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox

arrow Ətraflı
Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara like
  • 11 Yan 23:54  
Digərləri Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara

Bu asan hərəkətlərlə cəmi bir butulka sudan istifadə edərək, 15 dəqiq

arrow Ətraflı
Körpələrdə timomeqaliya like
  • 11 Yan 23:47  
Digərləri Körpələrdə timomeqaliya

Timomeqaliya azyaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin y

arrow Ətraflı