Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü


Digərləri 12 Yan 2019 00:15:35 68 0

Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.

Bakı. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. Dövlətimizin başçısı qeyd edib: "Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib". İlham Əliyev vurğulayıb ki, indi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün.: "Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun like
  • 12 Yan 00:01  
Digərləri Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
33 yaşlı kişi sirkə turşusundan zəhərlənib like
  • 11 Yan 23:58  
Digərləri 33 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub.

arrow Ətraflı
Qanı duruldan vasitələr like
  • 11 Yan 23:57  
Digərləri Qanı duruldan vasitələr

Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox

arrow Ətraflı
Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara like
  • 11 Yan 23:54  
Digərləri Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara

Bu asan hərəkətlərlə cəmi bir butulka sudan istifadə edərək, 15 dəqiq

arrow Ətraflı
Körpələrdə timomeqaliya like
  • 11 Yan 23:47  
Digərləri Körpələrdə timomeqaliya

Timomeqaliya azyaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin y

arrow Ətraflı