Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun


Digərləri 12 Yan 2019 00:01:00 60 0

Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - sakit işləmək imkanınız olacaq. Ünsiyyət dairəsini bir qədər məhdudlaşdırın. Hansısa mövzunu bir müddət diqqətsiz qoyubsunuzsa, əhvalınızı korlaya bilərlər.

İşdə rəhbərliyin də qatıldığı toplantıdan sonra aldığınız tapşırıqların sayı arta bilər.

Günün ikinci yarısı daha uğurlu olacaq. İşlərdə uzunmüddətli layihələrə və əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verin. Əlaqələr və əlavə ehtiyatlardan istifadə edin.

Hər şeyi yerbəyer etmək, qüvvə və resursları paylaşdırmaq, ətrafınızdakı insanlarla təmasları intensivləşdirmək üçün yaxşı zamandır.

Vaxtınızı ünsiyyətə yox, işlərə sərf edin. Ailədə işdən danışmayın. Yaxınlarınıza, sevdiklərinizə diqqətli olun, həssas davranın.

Yardım istəyənlərə dəstək verin.

Buğa - səbrli və təmkinli olun. Günün ilk yarısı ilə bağlı planlarınızı elə qurun ki, qəza və münaqişə riski minimuma ensin. Əsas məsələnin nə olduğunu anlamaq üçün dəyişiklikləri diqqətlə təhlil edin. Enerjiniz çoxdur və bu səbəbdən də çox iş görə bilərsiniz. İndi dağıtmaq, sökmək, atmaq, qurtulmaq yetərincə asandır.

Yaşam arealında təmizlik aparın. Amma yaxın ətrafınızdakı insanlardan da aktiv iştirak tələb etməyin. İşi hər kəs özü seçməlidir.

Maddi məsələlərdə təşəbbüskar olmayın, alış-verişi təxirə salın. Uzaqdan qəfil və maraqlı xəbər ala bilərsiniz. Yaşamınızda yeni mövzu formalaşır.

Yaxınlarınızı sevindirin.

Əkizlər - maliyyə məsələlərinə diqqətlə fikir verin. Öhdəliklərlə yanaşı, etik normaları da pozmayın. Bütün işləri görmək mümkün olmasa da, əsas işləri fasiləsiz nəzarətdə saxlayın. Tərəfdaş və ya həmkarlarla bir araya gələrək perspektivləri müzakirə edin.

Yaşamınızda köklü dəyişikiklər etməyin. İndi tələsmədən, alınan məlumatları və yaxın ətrafınızdakı insanların reaksiyasını dəyərləndirərək çalışmaq gərəkdir.

Gələcəkdə təkbaşına işləyəndə çətiniklərlə üzləşən zaman yardım almaq istəyirsinizsə, ətrafınızdakı insanların problemlərinin həllinə qatılın, onlara yardım edin.

Səhhətinizə fikir verin.

Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - tempi azaldın, bir qədər ehtiyatlı davranın. Tərəfdaşların maraqlarını qulaqardına vurmayın, plan və öhdəlikləri razılaşdırın. Uğur məhsuldar əməkdaşlıq və yeni əlaqələrin yaradılmasından asılıdır.

Səhər saatlarında gərginlik az olmayacaq. Hisslər və emosiyaların əsiri olmayın. Səbrli, soyuqqanlı davranın, xırda məsələlərə görə qıcıqlanıb əsəbləşməyin.

Yaşam arealınızı qaydaya salın. Bir qədər tək qalın, fikirlərinizi rəvanlaşdırın. Axşam saatlarında gəzintiyə çıxın.

Şir - cari işlərin öhdəsindən gəlmək üçün maksimum səy göstərin. Çoxdan bəri hazırladığınız planların reallaşdırılmasına başlayın. Diqqətinizi ən mühüm məsələyə yönəldin.

Ciddi yanaşma və təfərrüatlı təhlil tələb edən situsiyalarda sayıq olun.

Tənbəl, süst, ətalətli olmayın. Şəxsi münasibətlərdə təşəbbüs zamanı deyil. Güzəştlərə getmək gərəkdir. Mübahisələr və həddən artıq emosional ünsiyyətdən yayının.

Alış-veriş zamanı deyil.

Səhhətinizə fikir verin.

Qız - aktiv olun. İşlərinizin ən mühüm istiqamətində ciddi olun. Bir işi bir dəfə görün, yaxın ətrafınızdakı insanların sizə əmr etmələrinə, göstəriş vermələrinə imkan verməyin. Səbirsizlik etməyin, düşünülməmiş qərarlar verməyin.

Daha çox effektivliyə nail olmaq üçün yeni işlərə başlamaq əvəzinə yarımçıq işləri bitirin.

Yalnız bundan sonra nə etmək barədə düşünmək olar.

Maddi məsələlərdə diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.

Böyük ümidlər bəslədiyiniz münasibətlərin inkişafına süni təkan verməyin. Qeyri-adi görüş, təklif, ideyalara fikir verin. Onlar faydalı ola bilər.

Bilik, bacarıq, informasiyaları paylaşmaq olar.

33 yaşlı kişi sirkə turşusundan zəhərlənib like
  • 11 Yan 23:58  
Digərləri 33 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub.

arrow Ətraflı
Qanı duruldan vasitələr like
  • 11 Yan 23:57  
Digərləri Qanı duruldan vasitələr

Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox

arrow Ətraflı
Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara like
  • 11 Yan 23:54  
Digərləri Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara

Bu asan hərəkətlərlə cəmi bir butulka sudan istifadə edərək, 15 dəqiq

arrow Ətraflı
Körpələrdə timomeqaliya like
  • 11 Yan 23:47  
Digərləri Körpələrdə timomeqaliya

Timomeqaliya azyaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin y

arrow Ətraflı