Nazir: "2019cu ildə də davam etdiriləcək islahatlar iqtisadiyyatımızın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə böyük töhfə verəcək"


Digərləri 12 Yan 2019 00:05:00 44 0

Nazir: "2019cu ildə də davam etdiriləcək islahatlar iqtisadiyyatımızın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə böyük töhfə verəcək"

2019-cu ildə də davam etdiriləcək islahatlar iqtisadiyyatımızın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə böyük töhfə verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.

Nazir qeyd edib ki, 2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrin ərsəyə gəlməsi, o cümlədən nəhəng transmilli "Cənubi Qaz Dəhlizi" layihəsi çərçivəsində "Şahdəniz-2" və TANAP layihələrinin uğurla reallaşması, "Azərspace-2" peykinin orbitə buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda polipropilen zavodunun, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodunun istismara verilməsi ilə də səciyyələnir:

"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüskarı olduğu bu layihələr uzun illər ərzində ölkə iqtisadiyyatının inkişafına birbaşa və dolayısı ilə mühüm töhfələr verəcək. Ötən il "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa, Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib, yeni büdcə və ortamüddətli xərclərin formalaşdırılması qaydası, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiya, yeni vahid büdcə təsnifatı təsdiqlənib. Qeyd olunan sənədlər qeyri-neft sektorunda vergi yükünün azaldılmasını, büdcənin sabitliyinin və ortamüddətli dayanıqlığının təmin edilməsini, dövlət xərclərinin prosiklikliyinin aradan qaldırılmasını, maliyyə inzibatçılığının və hesabatlılığın daha da artırılmasını, ölkədə dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyən edilməsini, bu sahədə risklərin qarşılanması sisteminin təkmilləşdirilməsini və nəzarət mexanizminin gücləndirilməsini özündə birləşdirir".

S.Şərifov bildirib ki, 2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər: "Büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub. Xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib".

O vurğulayıb ki, 2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib: "Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub".

Nazir deyib ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262,0 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı faktiki olaraq 644,0 milyon manat az olub və ya 307,0 milyon manatadək daralıb: "Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil edib".

S.Şərifov əlavə edib ki, 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib: "Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244,0 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825,0 milyon manat və ya 31,6 faiz çoxdur".

O bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib: "2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd çoxdur. Ötən il dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib. Hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 506,0 milyon manat və ya 7,6 faiz çoxdur".

Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun like
  • 12 Yan 00:01  
Digərləri Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
33 yaşlı kişi sirkə turşusundan zəhərlənib like
  • 11 Yan 23:58  
Digərləri 33 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub.

arrow Ətraflı
Qanı duruldan vasitələr like
  • 11 Yan 23:57  
Digərləri Qanı duruldan vasitələr

Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox

arrow Ətraflı
Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara like
  • 11 Yan 23:54  
Digərləri Boynu, beli ağrıyanlara, osteoxondrozu olanlara

Bu asan hərəkətlərlə cəmi bir butulka sudan istifadə edərək, 15 dəqiq

arrow Ətraflı
Körpələrdə timomeqaliya like
  • 11 Yan 23:47  
Digərləri Körpələrdə timomeqaliya

Timomeqaliya azyaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin y

arrow Ətraflı