Bu ölkədə 2018ci il ərzində 11500dən çox zəlzələ olub


Dünya 11 Yan 2019 23:51:00 214 0

Bu ölkədə 2018ci il ərzində 11500dən çox zəlzələ olub

İndoneziyada 2018-ci il ərzində zəlzələlərin sayı əhəmiyyətli dərəcədə artaraq, 11500-ü ötüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Antara agentliyi İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika İdarəsinə (BMKG) istinadla məlumat yayıb.

BMKG-nin məlumatına görə, 2017-ci ildə 7172 yeraltı təkan qeydə alınmışdı. 2018-ci ildə isə 11577 müxtəlif maqnitudalı və dərinlikdə zəlzələ baş verib. Əlavə olaraq bildirilir ki, gücü 5 baldan yuxarı zəlzələlərin ümumi sayı 297-yə bərabər olub.