Prezident İlham Əliyev: "Siyahıda olan şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək"


Siyasət 11 Yan 2019 23:40:00 446 0

Prezident İlham Əliyev: "Siyahıda olan şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək"

Siyahıda olan şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir".

İlham Əliyev əlavə edib ki, eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür: "Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir".

Sumqayıtın 70 illiyi ilə bağlı tədbirlər planı müzakirə edilib (FOTO) like
  • 11 Yan 23:34  
Digərləri Sumqayıtın 70 illiyi ilə bağlı tədbirlər planı müzakirə edilib (FOTO)

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib.

arrow Ətraflı
Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini təsdiq edib like
  • 11 Yan 23:27  
Dünya Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini təsdiq edib

Makedoniyalı parlament üzvləri ölkə Konstitusiyasına dəyişikliklərin da

arrow Ətraflı