Çənədəki tüklərdən qurtula bilmirsinizsə... Səbəblərini öyrənin, xəstəlik əlamətidir...


Digərləri 11 Yan 2019 23:46:00 233 0

Çənədəki tüklərdən qurtula bilmirsinizsə...  Səbəblərini öyrənin, xəstəlik əlamətidir...

Qadınların çənəsində tüklərin olması aktual problemdir. Hər 3 qadından birində rast gəlinir. Qadınlar bundan epilyasiya, müxtəlif tüktökən vasitələrlə qurtulmağa çalışsa da, yenidən əmələ gəlir. 

Son.az medicina.az-a istinadən bildirir ki, qadınların çənəsində olan tük onlarda yalnız estetik problem yaratmır. Bu, müxtəlif sağlamlıq problemlərindən də xəbər verə bilər. 

Çənənin həddən çox tüklü olmasının bir neçə səbəbi ola bilər:

1. İrsi meyillilik. Əgər sizin ana xətti ilə qadın qohumlarınızda  (ana,nənə, xala, bacı) yaşlandıqca bu hal daha aydın gözə çarpırsa, o zaman sizdə də meydana çıxacağını söyləmək olar. 

2. Hormonal disbalans. Bu problem qadınlarda kişi hormonlarının artıq mirdarda olmasından irəli gəlir. Normalda qadın orqanizmində bu hormonlar sintez olunur. Amma əgər onların sintezi çoxalarsa, o zaman qadınların səsi kobudlaşır, çənədə tüklər uzanır, üzündə çivzə səpgiləri meydana gəlir.