Sumqayıtın 70 illiyi ilə bağlı tədbirlər planı müzakirə edilib (FOTO)


Digərləri 11 Yan 2019 23:34:26 173 0

Sumqayıtın 70 illiyi ilə bağlı tədbirlər planı müzakirə edilib (FOTO)

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib.

Bakı. Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov yeni ildə hər bir mədəniyyət işçisinə uğurlar arzulayıb. Həmçinin, qarşıda duran məsələlər və görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi rəhbərliyinin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinin diqqətinə çatdırıb. Xüsusilə KİV-də və sosial şəbəkələrdə təbliğat fəaliyyətinin artırılması, mətbuat nümayəndələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib, Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı tədbirlər planının və yeni layihələrin hazırlanması ilə bağlı müvafiq işlərin görüləcəyini bildirib. Sonra rəis müavini İlham Əhmədov 2018-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. 2018-ci il ərzində müəssisələr üzrə 5873 tədbir keçirildiyini və həmin tədbirlərdə 90 mindən çox tamaşaçının iştirak etdiyini vurğulayıb. Eyni zamanda keçirilən tədbirlər barədə məlumatların idarənin rəsmi “http://sumgait.mctgov.az/” internet saytında, “Facebook” səhifəsində, eləcə də respublikanın digər mətbu orqanlarında ətraflı işıqlandırıldığını qeyd edib.