Donuz qripinə yoluxmaq istəmirsinizsə... Məşhur professordan VACİB XƏBƏRDARLIQ


Digərləri 11 Yan 2019 23:13:00 257 0

Donuz qripinə yoluxmaq istəmirsinizsə...  Məşhur professordan VACİB XƏBƏRDARLIQ

Latın Amerikası ölkələri başda olmaqla bu gün dünyada sürətlə yayılan donuz qripinə qonşu ölkələrdə yoluxanların sayı artmaqda davam edir. Qabaqlayıcı tədbirlər vaxtında görülməzsə, ölümə səbəb olan H1N1 virusundan qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır.

Son.az xəbər verir ki, donuz qripindan qorunmaq üçün düzgün qidalanmaq və gigiyenik qaydalara riayət etmək lazımdır. Bu qaydalara əməl etmək immun sistemini gücləndirir. İmmun sisteminə ən çox təsir edən məqamlar - qidalanma, stress və yuxudur.

Fol turşusu, B6, C, E vitaminləri, beta-karoten, sink, Omega-3 immun sistemini gücləndirmək üçün vacibdir. Bəs bu maddələri hansı qidalardan qəbul edə bilərik?

B6 vitamini - toyuq, balıq, banan, kartof, brokoli, ispanaq, quru meyvələr

C vitamin - cəfəri, bibər, kivi, yaşıl yarpaqlı tərəvəzlər, portağal

E vitamin - quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, bitki tərkibli yağlar

Fol turşusu - brokoli, quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər

Beta-karoten - kök, şaftalı, narıncı-sarı meyvələr, brokoli, ispanaq, şüyüd, cəfəri