Yaponiyaya 2018ci ildə 30 milyondan çox əcnəbi turist gəlib


Dünya 11 Yan 2019 23:16:00 198 0

Yaponiyaya 2018ci ildə 30 milyondan çox əcnəbi turist gəlib

Yaponiyaya 2018-ci ildə gələn əcnəbi turistlərin sayı ilk dəfə 30 milyonu ötüb. Əsasən digər Asiya ölkələrindən gələn turistlər say artımına səbəb olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə yanvarın 11-də turizm naziri Keiçi İşii məlumat verib. O, bəyan edib ki, ötən il Yaponiyaya 31,19 milyon əcnəbi turist gəlib. Bu, 2017-ci ilin göstəricisindən 8,7 faiz çoxdur.

Çox da baha olmayan yeni aviadaşıyıcılar və sadələşdirilən viza rejimi Çin, Tailand və Asiyanın digər ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olub.