Bu qulaqcıqlar gizli səs dinləyir


Digərləri 11 Yan 2019 23:07:00 228 0

Bu qulaqcıqlar gizli səs dinləyir

Əpl şirkətinin istehsalı olan naqilsiz qulaqcıqlar gizli şəkildə ətrafdakı səsləri dinləyə bilir.

Son.az xəbər verir ki, qulaqcıqların bu özəlliyi eşitmə qüsurlu insanlar üçün nəzərdə tutulsa da, bundan başqa məqsədlərlə istifadə edənlər də var.

Belə ki, şirkətin bir müddət əvvəl təqdim etdiyi yeni qulaqcıqlar eşitmə qüsurlu insanların Ayfonlarını mikrofon kimi istifadə etmələrinə imkan verir. Bu zaman onlar səsləri daha yaxşı eşidir. Lakin bu yenilikdən pis niyyətlə istifadə edənlər də var.