Almaniyada sürücüləri hansı hallarda "səfehlər üçün test" keçməyə göndərirlər?


Digərləri 11 Yan 2019 22:31:00 250 0

Almaniyada sürücüləri hansı hallarda "səfehlər üçün test" keçməyə göndərirlər?

Almaniyada bəzi avtomobil həvəskarları parklama nəzarətçilərinə qarşı "müharibə"ni böyük "igidlik" hesab edirlər. Onlar müəyyən yerlərdə, məsələn öz restoranının yaxınlığında, piyadalar üçün nəzərdə tutulan zonada avtomobillərin parklanmasının qadağan olunmasını əsassız hesab edərək, öz maşınlarını bilərəkdən və nümayişkaranə şəkildə məhz həmin yerlərdə saxlayırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə hallarda nəzarətçilər həmin sürücülər üçün adətən sadə, sonra isə ikiqat məbləğdə cərimə çekləri yazırlar. Lakin avtomobil həvəskarları bu cərimələri ödəməyə tələsmir və istədikləri ictimai yerdə parklama etmək hüququnu sübut etməyə çalışaraq nəzarətçiləri məhkəməyə verirlər.