Bu qablar XƏRÇƏNG YARADIR


Digərləri 11 Yan 2019 22:34:00 233 0

Bu qablar XƏRÇƏNG YARADIR

Plastiklər istifadəsi hər gün bir az daha artan və təbiətdə uzun illər məhv olmayan maddələrdir. Zaman-zaman onların zərərləri və istifadəsinin məhdudlaşdırılması gündəmə gəlir. Bəs bu maddələrin təbiətə və insanlara zərəri nədir?

Son.az xəbər verir ki, Türkiyəli onkoloq, professor Gökhan Dəmir bu maddələrin hansı xəstəliklərə səbəb olacağı ilə bağlı suallara cavab verib.

Düzdür, bu gün təbiətdə məhv ola bilən polietilen torbalar istehsal edilir. Lakin onların neçə ilə məhv olacağı ilə bağlı sübutlar yoxdur.

Həkim bildirib ki, Bisfenol A maddəsi plastik və epoksi qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir. Həmçinin bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur.

Onkoloqun sözlərinə görə, Amerikada araşdırma aparılaraq 6 yaşdan yuxarı 2517 nəfərin sidiyi təhlil edilib.

"Nümunələrin 93 faizinin tərkibində Bisfenol A maddəsi aşkar edilib. Bu maddənin zərəri ilə bağlı illərdir müzakirə edilir, bu məsələdə iki fərqli fikir var. Bəziləri zərərli, ikinci qisim isə o qədər də zərərli olmadığını deyir. Son illər ABŞ, İngiltərə, Kanada, Avropa Birliyi ölkələri və Norveçdə qadağan edilməsinə də diqqət etməliyik.