Yeni robot onurğada əməliyyat həyata keçirə biləcək VİDEO


Digərləri 11 Yan 2019 22:37:00 238 0

Yeni robot onurğada əməliyyat həyata keçirə biləcək  VİDEO

Alimlər insanla müqayisədə daha dəqiq onurğa əməliyyatları yerinə yetirən robot hazırlayıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, robot kifoz və skoliozun müalicəsində inqilab edə bilər.

"Scoliobot" (yunanca "skolios" - əyri və robot sözlərinin birləşməsindən əmələ gəlib) robotu sümükdə 0,1 mm dəqiqliklə dəlik açmağa qadirdir. Bu uğura heç bir cərrah nail ola bilməyib.

Professor Filip Bridonun rəhbərliyi ilə Nottinqem Trent Universitetindən olan heyət cərrah işini yerinə yetirən iki robotlaşdırılmış "əl" hazırlayıb. Onurğanın düzləşdirilməsi əməliyyatı zamanı hər bir onurğa sümüyündə dəliklər açmaq lazımdır. Sonra vidalar quraşdırılır və elastik sterjen yerləşdirilir.