Xolinlə zəngin yumurta sarısını teztez qəbul edin Nevroloqlardan çağırış


Digərləri 11 Yan 2019 22:22:00 246 0

Xolinlə zəngin yumurta sarısını teztez qəbul edin  Nevroloqlardan çağırış

Arizona universitetinin nevroloqları insanlara qida rasionunda xolinin səviyyəsinin normada olmasına diqqət yetirməyə səslənib. Hamilə qadınlar gündə minimum 500 mq xolin qəbul etməlidirlər. Bu birləşmə sinir hüceyrələri arasında impulsların ötürülməsi üçün vacibdir. 

Xolin bütünlükdə sinir sistemi üçün dayaq rolunu oynayır. 

Son.az medicina.az-a istinadən bildirir ki, xolin daha çox yumurta sarısında, mal qaraciyərində, ətdə, balıqda, süddə, pendirdə olur. Az miqdarda araxis, pomidor, kök, kələmdə var.

Siçanlar üzərində aparılan təcrübə göstərib ki, Alzgeymer xəstəliyinin qarşısının alınmasında xolin rol oynayır. Hamiləlik dönəmində xolinlə zəngin qidalar yeyən siçanların balalarında yaddaş daha güclü olmuşdur.