"Brabham" LeMana qayıdır


Digərləri 11 Yan 2019 22:25:00 206 0

"Brabham" LeMana qayıdır

Ötən il "Brabham Automotive" şirkəti 700 atmosfer gücü olan 5,4 litr həcmli V8 mühərriki ilə təchiz olunmuş "BT62" super avtomobilini təqdim etmişdi. Ondan əvvəl elan edilmişdi ki, "Brabham"ın zavod komandası bu avtomobillə artıq 2021-2022-ci illərdən başlayaraq "GTE" kateqoriyasında dözümlülük baxımından "FIA WEC" dünya çempionatında iştirak etməyi planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avtomobillərin testləri artıq neçə aydır keçirilir. Komandaya Devid Brebem rəhbərlik edir. Qarşıdakı çıxışı şərh edən Brebem deyib: "Mən bir neçə il "Brabham"ın Le-Mana qayıtması üzərində işləmişəm. Əlamətdar haldır ki, hazırda biz bunu rəsmən elan edirik.