Azərbaycan nefti bahalaşıb
Digərləri 11 Yan 2019 21:56:50 199 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 63,35 dollar/barel təşkil edib
Bakı.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 63,35 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,86 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.
Mənbə: az.trend.az