Azərbaycanlı teleaparıcı: "Son müzakirələrdən sonra onu balaca bacım hesab edirəm" FOTO


Şou-biznes 11 Yan 2019 21:50:00 552 0

Azərbaycanlı teleaparıcı: "Son müzakirələrdən sonra onu balaca bacım hesab edirəm"  FOTO

Vüsalə Səid: "Etiraf edirəm ki, ətrafdakı insanların diqqətini çəkirəm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyirlər eybəcər xanım yoxdur, baxımsız xanım var. Bəzən bu deyimlə razılaşır, bəzən isə bu deyilənləri inkar edirik. Belə ki, "Məşhurların gözəllik sirrləri" rubrikamızın qonağı gün ərzində özünə heç 5 dəqiqə zaman sərf etmir. Ancaq buna baxmayaraq bəyaz qısa saçları və ideal bədən quruluşuna görə diqqət çəkir. Bir zamanlar xəbər aparıcısı, təşkilatçı kimi tanıdığımız Vüsalə Səid indi İTV telekanalında ən son texnologiyalardan bəhs edən "#itvtech"  verilişinin aparıcısıdır.

Vüsalə xanımla nə xəbərlərdən, nə də texnologiyanın bizə vermiş olduğu avantajlardan danışdıq. Onunla gündəlik qida rasionundan, şarmlı qalmaq üçün istifadə etdiyi üsullardan danışdıq. Onunla söhbətdən aydın oldu ki, şarmlı olmaq üçün brend geyimlərə, bahalı aksesuarlara ehtiyac yoxdur. Olduğunuz kimi görünməyiniz sizi hər kəsdən fərqli göstərəcək. Belə olduğu halda siz daha gözəl görünə bilərsiniz. Onu arıq və ideal bədən formasında saxlayan isə gündəlik dinamik iş həyatının olmasıdır. Passiv həyatdan uzaq durmaq, daim öz üzərində işləmək, yeni kitablar oxumaq, gəzmək, aktiv həyat keçirmək onun həyat devizidir.   - Vüsalə xanım, hər zaman fit, baxımlı və formadasınız. Bunu necə qoruyub saxlaya bilirsiniz?

- Kompliment üçün təşəkkür edirəm. Həyat tərzimə uyğun olaraq daim hərəkətdəyəm. Passiv həyat keçirmirəm. Son zamanlar xanımlarımıza nəzər yetirsəniz onların daha çox fit və baxımlı olmağa çalışdıqlarını görərsiniz. Mən formada qalmaq üçün xüsusi nələrsə etmirəm. Bədən quruluşum  genetik olaraq belədir.

- Baxımlı olmaq üçün gün ərzində özünüzə nə qədər zaman sərf edirsiniz?

- Demək olar ki, 5 dəqiqə 30 saniyə(gülürük). İşlərimin çoxluğundan özümə zaman sərf edə bilmirəm. Gərgin iş qrafikim olduğuna görə ayaqüstü qaça-qaç nə çatdırıramsa odur.

- Belə arıq qalmanız üçün dieta necə, saxlayırsınızmı?


Xəbərə aid fotolar