Prezident İlham Əliyev: "Keçən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub"


Siyasət 11 Yan 2019 21:32:00 453 0

Prezident İlham Əliyev: "Keçən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub"

Azərbaycanda inflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı deyib: "Əgər biz 2017-ci ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır".

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb like
  • 11 Yan 21:29  
Digərləri Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Çin kinoteatrlarında kassa yığımı rekord həddə çatıb like
  • 11 Yan 21:23  
Digərləri Çin kinoteatrlarında kassa yığımı rekord həddə çatıb

Çində kinoteatrların kassa yığımı ötən il 9 faiz artaraq 60,98 milyard

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb like
  • 11 Yan 21:22  
Digərləri Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Prezident İlham Əliyev: "Keçən il Azərbaycanda 118 min daimi iş yeri yaradılıb" like
  • 11 Yan 21:20  
Siyasət Prezident İlham Əliyev: "Keçən il Azərbaycanda 118 min daimi iş yeri yaradılıb"

Keçən il 118 min daimi iş yeri yaradılıb. İşsizliyin aşağı səviyyəd

arrow Ətraflı
JanKlod Yunker: Rumıniya Şenqen məkanının bir hissəsi olmalıdır like
  • 11 Yan 21:16  
Dünya JanKlod Yunker: Rumıniya Şenqen məkanının bir hissəsi olmalıdır

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Rumıniyanın Avropa İttifaqı

arrow Ətraflı