11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür


Digərləri 11 Yan 2019 21:10:00 347 0

11 yanvar  Dünya Qoruqlar və Milli Parklar Günüdür

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür.

Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məqsədlə ölkəmizdə 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanda ilk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğudur.