Çin kinoteatrlarında kassa yığımı rekord həddə çatıb


Digərləri 11 Yan 2019 21:23:00 195 0

Çin kinoteatrlarında kassa yığımı rekord həddə çatıb

Çində kinoteatrların kassa yığımı ötən il 9 faiz artaraq 60,98 milyard yuana (8,88 milyard ABŞ dolları) çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkə tarixində rekord göstəricidir. Keçən il kinoteatrlarda nümayiş olunan filmlərin sayı da artaraq 60 mini ötüb.

Bildirilir ki, 2018-ci ildə 3 yerli filmin hər birinin kassa yığımı 3 milyard yuanı (441 milyon dollar) keçdiyi halda, ilk onluqdakı xarici filmlər cəmi 2 milyard yuanlıq kassa yığımına nail olublar. Buna baxmayaraq, kinoteatrlarda nümayiş olunan filmlərin təxminən yarısı xarici istehsal olub.