İlk dəfə olaraq kommersiya məqsədli kvant kompüteri hazırlanıb


Digərləri 11 Yan 2019 21:04:00 285 0

İlk dəfə olaraq kommersiya məqsədli kvant kompüteri hazırlanıb

Las-Veqasda keçirilən "CES 2019" sərgisində "IBM" şirkəti ilk dəfə olaraq kommersiya məqsədli kvant kompüterini təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 20 kubitlik "IBM Q System One" kvant və klassik hesablama komponentlərini birləşdirir.

Böyük ölçüyə malik "IBM Q System One" laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Onun xarici görünüşü məşhur dizaynerlər tərəfindən hazırlanıb. İstehsalçıların fikrincə, onu əsl incəsənət əsəri hesab etmək olar. "IBM Q" kənarları 3 metr təşkil edən havakeçirməz kub şəklindədir.