Almaniyalı nazirin təyyarəsi Afrikaya səfəri zamanı xarab oldu


Dünya 11 Yan 2019 20:00:00 220 0

Almaniyalı nazirin təyyarəsi Afrikaya səfəri zamanı xarab oldu

Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf məsələləri üzrə naziri Qerd Müller Afrika ölkələrinə turnesinin sonunda Zambiyadan vətənə Afrika aviaşirkətinə məxsus təyyarə ilə qayıtmağa məcbur olub.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb nazirin təyyarəsində texniki nasazlığın baş verməsi olub.

Bu barədə "Twitter" səhifəsində idarənin mətbuat katibi Olaf Doçbayn deyib.