Yasamalda ağac kəsintisi ilə bağlı nazirlik


Digərləri 11 Yan 2019 20:08:00 239 0

Yasamalda ağac kəsintisi ilə bağlı nazirlik

Paytaxtda təhlükəli, qurumuş ağac kəsilib, bir neçəsi isə budanıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, işlər nazirliyin rəyi əsasında aparılıb: "Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən tam qurumuş və qəzalı vəziyyətdə olan bir ədəd qovaq ağacı kəsilib. Təhlükə yaradan digər ağaclar isə budanıb".