Milyarderlərin övladlarının Yeni il tətili


Dünya 11 Yan 2019 19:24:00 458 0

Milyarderlərin övladlarının Yeni il tətili

Milyarderlərin övladları Yeni ili qarşılama dəbdəbəsi ilə də dünya mediasının gündəminə gəliblər. Onların bəzisi soyuq, bəzisi isə isti ölkələrə üz tutublar. Ən diqqətçəkən isə bahalı otellərdə, məkanlarda yayımladıqları fotolar olub. 

Son.az axşam.az-a istinadən varlıların Yeni il fotolarını təqdim edir:

Sofiya Abramoviç - Roman Abramoviçin 24 yaşlı qızı Maldivə yollanıb. Bayram tətilini dostları ilə adada keçirən qız fotolarını da sosial şəbəkədə paylaşıb. O, "One&Only Reethi Rah" beşulduzlu oteli seçib. Oteldə bir gecə qalmaq üçün 2450 dollar ödəməlisən. Bu qiymətə isə ancaq səhər yeməyi daxildir.  İordaniya milyarderinin 18 yaşlı qızı Diana Manasir bal ayına yollanıb. Yeni ailə quran qız və əri Rostislav Bağırov bahalı brendlərdən alınan hədiyyələrinin görüntüsünü yayıb. 

"Diksi"nin idarəçisinin 16 yaşlı qızı Kristina Kesayeva da istirahət fotoları ilə gündəmə gəlib. O, reper sevgilisi ilə birlikdə Taylandda dincəlib. Yeni ili Phuket adasında keçirən cütlüyü yaxınları da tək qoymayıb. Ailə dəbdəbəli "Amanpuri" otelində qalıb. Burada ən ucuz otağın gecəsi 1050, 6 otaqlı villa isə 13 min dollaradır. Daha sonra Kristina sevgilisi ilə yaxta gəzintisinə yollanıb.