“Arşın mal alan” operettası nümayiş ediləcək


Kriminal 11 Yan 2019 19:05:00 599 0

“Arşın mal alan” operettası nümayiş ediləcək

Yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış tamaşa nümayiş ediləcək.

Son.az xəbər verir ki, Elvin Mirzəyevin quruluşunda hazırlanan tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssam Nabat Səmədovadır. Tamaşanın baletmeysteri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində rolları, Əməkdar artistlər Nərgiz Kərimova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Nahidə Orucova, Almaz Ələsgərova, aktyorlar Səmədzadə Xasıyev, Atəş Qarayev, Aydan Həsənova, Gülcahan Salamova, İbrahim Əlizadə, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Ruslan Mürsəlov ifa edəcəklər.