Deputat: Fransada ilk növbədə “sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə çalışsınlar


Digərləri 11 Yan 2019 19:01:37 362 0

Deputat: Fransada ilk növbədə “sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə çalışsınlar

Fransa Xarici İşlər Nazirliyinin Mehman Hüseynov məsələsi ilə bağlı Azərbaycana qarşı diplomatik etika baxımından qeyri-etik hesab edilən münasibət bildirməsi öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarmasına bənzəyir.

Bakı. Elçin Mehdiyev - Fransa Xarici İşlər Nazirliyinin Mehman Hüseynov məsələsi ilə bağlı Azərbaycana qarşı diplomatik etika baxımından qeyri-etik hesab edilən münasibət bildirməsi öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarmasına bənzəyir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatun fikrincə, yaxşı olar ki, Fransada ilk növbədə “sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, saxlanılan 4500-dən çox dinc nümayiş iştirakçısının hüquqları barədə düşünsünlər, sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə mənəvi haqları olsun: “Paris küçələrində çarəsiz qalmış vətəndaşlar sosial problemlərinin həll edilməsi tələbi ilə mitinq keçirən zaman Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq elə Fransa konstitusiyasında əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozdu. Ölüm hadisəsinə qədər şiddətlənən bu zorakılıq əslində Fransa polisinin qəddarlığının ənənəvi təzahürüdür. Çünki bu cür zorakılıq halları orada tez-tez təkrar olunan hadisədir”.