Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin inşasına 3 aya başlanılacaq


Digərləri 11 Yan 2019 18:56:00 233 0

Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin inşasına 3 aya başlanılacaq

Azərbaycan qazının Bolqarıstana nəqli üçün Yunanıstanla interkonnektorun (Interconnector Greece-Bulgaria-IGB) inşasına 3 aya başlanılacaq.

Son.az-ın məlumatına görə, "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Temenujka Petkova bildirib.

"Ən geci 3 ay ərzində IGB-nin inşasına başlanmalıdır. Layihə 2020-ci ilin ikinci yarısında yekunlaşmalıdır. Bununla da Azərbaycanla 1 mlrd. kubmetr qazın nəqli üçün imzalanan müqavilənin icrasına başlanılacaq. Burada təbii qaz nəqli üzrə mənbələrin şaxələndirilməsindən və Bolqarıstan qaz bazarında rəqabət mühitindən söhbət gedir", -nazir əlavə edib