İnter-dən açıqlama: "İkardi ilə aramızda problem yoxdur"


İdman 11 Yan 2019 18:57:00 239 0

İnter-dən açıqlama: "İkardi ilə aramızda problem yoxdur"

İnter-in futbolçusu Mauro İkardinin həm də agenti olan Vanda Nara həyat yoldaşının müqaviləni uzatmayacağı barədə məlumat vermişdi.

Goal.az xəbər verir ki, İkardinin həyat yoldaşı bildirmişdi ki, futbolçu ya Real-a, ya da Chelsea-yə keçəcək. Bu açıqlama İnter azarkeşləri arasında narahatlıq yaradıb. Milan klubunun baş direktoru Cüzeppe Marotta məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, azarkeşlərə İkardinin qalacağı ilə bağlı vəd verib:

"Hazırda bizim İkardi ilə münasibətlərimiz əladır. Mauro bizim kapitanımız və əsl peşəkardır. Mütləq onun müqaviləsi ilə bağlı müzakirə aparacağıq. Bizim aramızda heç bir problem yoxdur.

Onunla müqaviləni uzadacağımızla bağlı fanatlara söz verə bilərəm? Əlbəttə. Azarkeşlər narahat olmaya bilərlər”.