Prezident İlham Əliyev 2019cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzaladı


Siyasət 11 Yan 2019 18:05:00 58 0

Prezident İlham Əliyev 2019cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. 

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2019-cu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilsin".

Blogger Mehman Hüseynov onun adından kampaniya aparanlara irad tutdu  FOTO like
  • 11 Yan 17:58  
Digərləri Blogger Mehman Hüseynov onun adından kampaniya aparanlara irad tutdu FOTO

Həbsdə olan bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib

arrow Ətraflı
Yataq görüntüləri yayılan İntizar danışdı like
  • 11 Yan 17:58  
Digərləri Yataq görüntüləri yayılan İntizar danışdı

Müğənni İntizar ötən gün dostları ilə görüntülənib. 

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın məşqlərinə başladı like
  • 11 Yan 17:57  
Kriminal Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın məşqlərinə başladı

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel

arrow Ətraflı
ABŞ iqtisadiyyatı həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər like
  • 11 Yan 17:53  
Dünya ABŞ iqtisadiyyatı həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər

Fəaliyyətini dayandıran ABŞ federal idarələri çalışmağa başlamasa, ö

arrow Ətraflı
"Unibank" filiallarından 19-u şənbə günü xidmətinizdədir like
  • 11 Yan 17:51  
Digərləri "Unibank" filiallarından 19-u şənbə günü xidmətinizdədir

Həftə içi işdə olduğunuz üçün bankla bağlı təxirə saldığınız b

arrow Ətraflı
Bir azərbaycanlını öldürən və like
  • 11 Yan 17:48  
Kriminal Bir azərbaycanlını öldürən və

Gürcüstan paytaxtı Tbilisinin Çavçavadze prospektində bir azərbaycanlın

arrow Ətraflı
"Donuz qripi”nə qarşı dərman vətəndaşlara pulsuz veriləcək like
  • 11 Yan 17:44  
Dünya "Donuz qripi”nə qarşı dərman vətəndaşlara pulsuz veriləcək

Gürcüstanda A (H1N1) virusuna ("donuz qripi") qarşı "Tamiflu&

arrow Ətraflı
Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb like
  • 11 Yan 17:42  
Digərləri Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb

Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb.

arrow Ətraflı
İstirahət günlərində səyahətə çıxanlar üçün like
  • 11 Yan 17:39  
Digərləri İstirahət günlərində səyahətə çıxanlar üçün

Azərbaycanda istirahət günlərində səyahətə çıxanlar üçün hava proqn

arrow Ətraflı
Qeyriqanuni dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan deportasiya ediliblər like
  • 11 Yan 17:35  
Digərləri Qeyriqanuni dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan deportasiya ediliblər

Yanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət

arrow Ətraflı
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 11 Yan 17:30  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Yanvarın 14-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların like
  • 11 Yan 17:25  
Digərləri Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların

2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci i

arrow Ətraflı