Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edilib


Digərləri 11 Yan 2019 18:07:39 185 0

Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edilib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Qabil Neymət oğlu Məmmədov isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin