Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb


Digərləri 11 Yan 2019 17:42:00 215 0

Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb

Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva - Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.