Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların


Digərləri 11 Yan 2019 17:25:00 212 0

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların

2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə uzun düyünün, unun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, zeytun və qarğıdalı yağlarının, bananın, armudun, xurmanın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, çuğundurun, kartofun, soğanın, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişel və makaronun, mal ətinin, yumurtanın, limonun, portağalın, naringinin, almanın, kələmin, göyərtinin, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.