Moskvada azərbaycanlıların toplaşdığı yeganə məscid bağlandı VİDEO


Digərləri 11 Yan 2019 16:31:00 205 0

Moskvada azərbaycanlıların toplaşdığı yeganə məscid bağlandı  VİDEO

Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus "İnam" cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır.

Son.az report-a istinadən xəbər verir ki, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

O, məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyib. Rəşid məscidi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.

Qeyd edək ki, "İnam" məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin: