Qətər İraqa 1 milyard dollar verəcək


Dünya 11 Yan 2019 16:08:00 207 0

Qətər İraqa 1 milyard dollar verəcək

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani İraq Prezidenti Bəhram Salehlə Dohadakı danışıqlarda əmirliyin respublikada infrastrukturun bərpa edilməsinə bir milyard dollar investisiya yatırmağa hazır olduğunu təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə iki ölkənin rəhbərləri münasibətlərin ilk növbədə iqtisadi, ticarət, investisiya sahələrində, infrastruktur və turizm layihələrində möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.

Bundan başqa, liderlər iqtisadi və ticarət münasibətlərinin inkişafı üçün Qətərin Həməd və İraqın Umm Kəsr limanları arasında birbaşa gəmi yolunun istifadəyə verilməsi ilə bağlı razılığa gəliblər.