İki dostun ağız dolusu danışdığı kombi oğurluğu VİDEO FOTO


Kriminal 11 Yan 2019 15:14:00 432 0

İki dostun ağız dolusu danışdığı kombi oğurluğu  VİDEO  FOTO

Paytaxtın Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində evlərə daxil olaraq kombi aparatları və digər qiymətli məişət əşyaları oğurlayan Cəlilabad rayon sakini Fərid Əliyev və Şabran rayon sakini Simran Məmmədzadə yaxalanıb. Onlar ifadələrində iki mənzildən oğurluq etdiklərini bildiriblər. Saxlanılan şəxslərin oğurluq niyyəti ilə daxil olduqları evlər Əliyevin yaşadığı ünvanın qonşuluğunda yerləşir. O, qonşuları evdə olmadığı zaman Simran Məmmədzadə ilə birlikdə həmin evlərdən oğurluq etdiyini bildirib. Fərid Əliyev - saxlanılan şəxs: "İki evə girdik, ikisini də mən dedim. Girdik kombi və başqa əşyaları götürdük". Simran Məmmədzadə - saxlanılan şəxs: "Mən çöldə durdum Fərid içəri girdi. Kömək etdim kombini gətirdik evə sonra Fərid adam tapıb satdı". Suraxanı RPİ-nin İstintaq Şöbəsində başlanan araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar