Kliniki Tibbi Mərkəz: "Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb"


Digərləri 11 Yan 2019 15:18:00 226 0

Kliniki Tibbi Mərkəz: "Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb"

"Donuz qripin"ə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov bildirib.

Onun sözlərinə görə, dünyada mövsümi qripə qarşı vaksin istifadə edilir: ""Donuz qripi" ilə "quş qripləri" eyni növ qriplərdir. "Donuz qripi" ölümə səbəb olmur. Ancaq "donuz qripi"nə tutulmuş insan staflakok törədicilərinə də yoluxduqda bu, ölümə səbəb olur. Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb. Onların ölümünə staflakok tipli törədicilər səbəb olub".