Losano A seriyasına gedir


İdman 11 Yan 2019 15:11:00 587 0

Losano A seriyasına gedir

PSV-nin hücumçusu İrvin Losano karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, 23 yaşlı futbolçu Napoli-nin diqqətini çəkib. İtaliya klubunun nümayəndəsi danışıqlar üçün hücumçunun agenti Mino Rayola ilə görüşüb. Keçid mövsümün sonunda reallaşa bilər. Neapol klubunda hesab edirlər ki, Losano komandanın hücum xəttini əhəmiyyətli dərəcədə gücləndirəcək. PSV-nin baş məşqçisi Mark van Bommel futbolçu ilə bağlı təkliflərə yayda baxılacağını bildirib.