Səhiyyə Nazirliyi: "Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə..."


Digərləri 11 Yan 2019 15:05:00 234 0

Səhiyyə Nazirliyi: "Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə..."

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, müxtəlif KİV-lərdə Azərbaycanda "donuz qripi"nin olması barədə məlumat yayılıb: "Azərbaycanda "donuz qripi" yoxdur. Əhalidə xof yaratmaq olmaz. Qonşu ölkələrdə "donuz qripi"nin olması elan edilib. Azərbaycanda "donuz qripi" kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar".