Prokuror Bakıda silsilə oğurluq edən dəstəyə cəza istədi


Digərləri 11 Yan 2019 14:51:00 199 0

Prokuror Bakıda silsilə oğurluq edən dəstəyə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsiləndirilən şəxslərə cəza istəyib.

Prokuror N.Salayevin 11 il, S.Əmirovun 5 il, N.Ağayevin 5 il, M.Kərimlinin 4 il, M.Hüseynovun isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb.