Ötən il 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib


Digərləri 11 Yan 2019 14:42:00 199 0

Ötən il 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 18 235 nəfərdə talassemiya daşıyıcılığı, 455 nəfərdə İİV/QİÇS, 1 728 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Son.az xəbər verir ki, bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bu günədək nikaha daxil olmaq üçün 495 548 nəfər insan qan müayinəsindən keçib.

İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 189 cütlük aşkar edilib.